Keçid linkləri

2024, 17 May, Cümə, Bakı vaxtı 03:11

Nüfuzlu beynəlxalq ədəbi mükafatın jürisində türk qızı


Elif Şafak
Elif Şafak
-

Bu mükafata bütün ölkələrdən, o cümlədən Azərbaycandan olan yazarlar iddia edə bilərlər.

Britaniyanın “The Independent daily” qəzetinin təsis etdiyi “Foreign Fiction” (Əcnəbi yazarların nəsri) mükafatının 2013-cü il üçün münsiflər heyətinə tanınmış türk yazarı Elif Şafak da daxil edilib.

“Foreign Fiction Prize” kitabın həm müəllifinə, həm də onun ingilis dilinə tərcüməçisinə verilir. 10 min funt-sterlinqlik mükafat onlar arasında bərabər bölünür.

Elif Şafakdan başqa bu il münsiflər heyətinə East Anglia Universitetinin Ədəbiyyat və Tərcümə üzrə professoru Jean Boase-Beier, İngiltərənin Sussex Universitetinin sabiq mühazirəçisi, yazıçı Gabriel Josipovici, tərcüməçi Frank Wynne və “İndependent” qəzetinin ədəbi redaktoru Boyd Tonkin daxildir.

Hazırda müsabiqəni Britaniyanın nüfuzlu xeyriyyə təşkilatlarından olan "Booktrust" keçirir.
Müsabiqəyə təqdim edilən əsərlər bir il əvvəl Britaniyada ingiliscə çap edilmiş olmalıdır.

Müsabiqə 1990-cı ildə təsis edilib və ilk qalibi türk yazarı Orxan Pamuk olub. Onun "Bəyaz qala" romanı bu mükafata layiq görülüb.

İndiyəcən müsabiqənin qalibləri arasında Milan Kundera, Paul Verhaegan kimi tanınmış yazıçılar da olub.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG