Keçid linkləri

2026, 13 May, çərşənbə, Bakı vaxtı 23:04

Hüquq müdafiəçisinin apellyasiya məhkəməsi başlayır

Noyabrın 2-də hüquq müdafiəçisi İlham Əmiraslanovun Şirvan şəhər Apellyasiya məhkəməsində şikayətinə baxılacaq.

Bu barədə «Kür» Vətəndaş Cəmiyyəti Qərargahı məlumat yayıb.

«Qanunsuz silah saxlama» ittihamı ilə iyunun 8-də həbs edilən hüquq müdafiəçisi sentyabrın 13-də Sabirabad rayon məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.

Hüquq müdafiəçisinin saxlanması ilə bağlı Daxili İşlər Nazirliyinin yaydığı rəsmi məlumatda İ. Əmiraslanovun üzərindən «Makarov» tipli tapança, evindən isə patron və patron darağı götürdüyü bildirilir.

İ. Əmiraslanov özü və yaxınları isə ittihamı uydurma hesab edirlər. Bildirirlər ki, o, 2010-cu ildə Kür daşqınlardan əziyyət çəkənlərin hüquqlarını müdafiə etdiyinə görə həbs olunub.
This item is part of
XS
SM
MD
LG