Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 19:29

Ləyaqətli adamların getdikcə eşidilməyən səsi...


-

"Qanun" nəşriyyatı yazıçı Natiq Məmmədlinin "Ləyaqət düsturu" hekayələr toplusunu çap etdi.

Gündəlik həyat gerçəklikləri, insan xislətindən doğan naqisliklər, reallıqla barışmayan, eyni zamanda onu dəyişməyə də gücü çatmayan müxtəlif xarakterlər, küncə sıxışdırılmış ləyaqətli adamların getdikcə eşidilməyən səsi, bir sözlə Azərbaycan insanın ədalət axtarışı Natiq Məmmədlinin kitabında təqdim olunan hekayələrin əsas qayəsini təşkil edir.

Bu hekayələrin qəhrəmanları adi adamlardı.

Onlar bəşəriyyətin yüz illər bundan öncə cavablandırdığı suallar ətrafında düşündükcə reallıqla insan xarakterlərinin toqquşmasından yaranan ziddiyyət daha da dərinləşir, tunelin sonunda işığın görünməməsi isə gələcəyə inamı sarsıdır.

İlk baxışda sadə, diqqət cəlb etməyən hadisələrin bədii formada ifadəsi oxucuya yalnız bir ideyanın – mütləq dəyişmək, mütləq dəyişilmək yanğısının aşılanmasına hesablanıb.

Kitabın redaktoru Tehran Əlişanoğludur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG