Keçid linkləri

2026, 19 Aprel, bazar, Bakı vaxtı 09:32

Almaniya rəsmisi Türkiyə ilə danışıqları bərpa etməyə çağırıb

Almaniyanın xarici işlər naziri Guido Westerwelle (Qido Vestervelle) Türkiyənin Avropa Birliyinə qəbulu ilə bağlı danışıqları bərpa etməyə çağırıb.

Çərşənbə axşamı Berlində yeni Türkiyə səfirliyinin açılışında iştirak edən nazir Avropa Birliyi ilə Türkiyə arasında yeni mərhələ açılacağına ümidlə yanaşdığını bildirib.

Mərasimdə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan da iştirak edib.

O bu gün Almaniyanın kansleri Angela Merkellə görüşməlidir.

Merkel Türkiyənin Avropa Birliyinə qoşulmasını isti qarşılamır.

Hakim Pariyada onun müttəfiqi olan azad demokratlar isə əksinə, bu məsələdə Ankaranın tərəfini saxlayır.
This item is part of
XS
SM
MD
LG