Keçid linkləri

2024, 07 Dekabr, şənbə, Bakı vaxtı 22:40

İlham Əliyev: «Azərbaycanda insanların ömrünün uzunluğu artır»


Prezident İlham Əliyev əsaslı şəkildə yenidən qurulan Saatlı Mərkəzi Rayon Xəstəxanası ilə tanış olub
Prezident İlham Əliyev əsaslı şəkildə yenidən qurulan Saatlı Mərkəzi Rayon Xəstəxanası ilə tanış olub
-
«Hər bir vətəndaş ildə bir dəfə mütləq müayinədən keçməlidir. Amma elə vətəndaşlar var ki, öz sağlamlıqlarına biganə yanaşırlar. Hesab edirəm ki, bu, dözülməz haldır. Çünki indi şəraitlə bağlı heç bir problem yoxdur. Diaqnostika mərkəzləri, mərkəzi rayon xəstəxanalarında ən müasir diaqnostika avadanlıqları, tomoqrafiya, ultrasəs cihazları - hər şey vardır».

President.az saytının məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 27-də Saatlı rayonundakı çıxışında deyib. Prezident həmin gün əsaslı şəkildə yenidən qurulan Saatlı Mərkəzi Rayon Xəstəxanası ilə tanış olub.

Prezident deyib ki, «insan öz sağlamlığını özü qorumalıdır. Dövlət, əlbəttə, öz tərəfindən bütün lazımi tədbirləri görür. Ancaq insanların sağlamlığı onların əlindədir. İldə bir dəfə, bir neçə saat vaxt sərf etməklə insan öz sağlamlığını qorumuş olur, pis xəstəliklərdən özünü sığortalayır. Beləliklə, cəmiyyət üçün, ailə üçün öz xidmətlərini göstərmiş olur».

İlham Əliyev deyib ki, son illər aparılan islahatlar nəticəsində statistik göstəricilər yaxşılığa doğru inkişaf edir. «Məsələn, Azərbaycanda insanların ömrünün uzunluğu artır. Bu, hər bir ölkənin ümumi inkişafını göstərən amildir. Uşaq ölümü azalır. Əfsuslar olsun ki, bu göstərici hələ lazımi səviyyədə deyil, ancaq dinamika müsbətdir. Yeni gözəl xəstəxanaların, xüsusilə doğum şöbələrinin fəaliyyəti nəticəsində uşaq ölümü, ümumiyyətlə, dünyanın inkişaf etmiş ölkələrinin səviyyəsində olmalıdır».
XS
SM
MD
LG