Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:33

Azərbaycan Ordusunun əsgəri həlak olub


-
Azərbaycan Ordusu daha bir əsgərini itirib.

APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Naxçıvan Muxtar Respublikasında yerləşən hərbi hissəsində qeydə alınıb.

Sıravi əsgər, 1993-cü il təvəllüdlü Pərvin Babayevin tabeliyindəki avtomat silahdan açılan atəş nəticəsində öldüyü bildirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya faktı təsdiqləyib. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

P.Babayev Şərur rayonundan hərbi xidmətə çağırılıb.
XS
SM
MD
LG