Keçid linkləri

2026, 20 Aprel, bazar ertəsi, Bakı vaxtı 11:12

Hillary Clintonun Qərbi Balkan ölkələrinə səfəri başlayıb

Oktyabrın 29-da ABŞ-ın dövlət katibi Hillary Clinton Əlcəzairə gəlib. Onun Qərbi Balkanlara 5 günlük səfəri başlayıb.

Əlcəzairdə Clinton prezident Abdelaziz Bouteflika ilə görüşündə qonşu Malidəki böhranı müzakirə edəcək.

Əl-Qaidəyə bağlı islamçı yaraqlılar şimali hissədə nəzarəti ələ keçirib.

Bu gün Clinton həm də Bosniya-Herseqoviniyaya, Serbiya və Kosovaya səfər edəcək.

O, səfəri müddətində Avropa Birliyinin xarici siyasət idarəsinin rəhbəri Catherine Ashtonla da görüşəcək.

Clinton Albaniya və Xorvatiyaya da gedəcək.
This item is part of
XS
SM
MD
LG