Keçid linkləri

2026, 02 May, şənbə, Bakı vaxtı 21:22

Bakıda Bülbül adına beynəlxalq müsabiqə başlayıb

Bakıda Azərbaycanın tanınmış xanəndəsi, opera ifaçısı Bülbülün 115 illiyinə həsr edilmiş vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsi başlayıb.

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Mədəniyyət və Turizm Nazirliyinin, Bülbül Fondunun birgə təşkilatçılığı ilə müsabiqənin açılış mərasimi olub.

Müsabiqədə dünyanın 14 ölkəsindən ümumilikdə 65 vokalçı iştirak edir. Müsabiqənin püşkatma mərasimindən sonra sənət yarışmasının birinci mərhələsi başlayıb.

Avstriya, Türkiyə, Almaniya, İspaniya və Rusiyanın tanınmış musiqi xadimlərinin, sənətkarlarının fəxri qonaq qismində qatıldıqları və beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndiriləcək müsabiqə noyabrın 4-dək davam edəcək./AnsPress/
This item is part of
XS
SM
MD
LG