Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:26

Polis məntəqəsində işgəncədən öldü


İşgəncə videosundan kadr
İşgəncə videosundan kadr
-
Rusiyada polis məntəqəsində saxlanılan şəxsə işgəncə verilməsi ilə bağlı yayılmış video yeni qalmaqal yaradıb.

Hadisə Tatarıstanda baş verib.

Videoda kiçik bir kamerada tək oturmuş şəxs görünür. Sonra bir neçə şəxs kameraya daxil olub onu üzüstə yerə uzadır. Əllərini və ayaqlarını qandallayır. Bundan sonra həmin şəxslər kameranı tərk edir. İşgəncə verilən adam isə kamerada əl-ayağı bağlı vəziyyətdə qalır. Bir müddət sonra onu qandallayan şəxslər kameraya qayıdır. Onu qaldırmaq istəsələr də, o, bir daha qalxa bilmir.

Bu hadisə fevral ayında baş verib, həmin adamlar da polis işçiləri olub. Ölən isə Pavel Drozdov adlı şəxsdir. Görüntülər polis məntəqəsinin kamerasında qeydə alınıb.

Hadisə fevralda olsa da, hüquq müdafiəçilərinin əlinə indi düşüb. Video da elə internetdə indi yayılıb. Bundan əvvəl isə Pavel Drozdov-un xəstəlikdən öldüyü bildirilirdi.

Görüntülər yayılandan sonra Tatarıstan hakimiyyəti tədqiqat aparacağına söz verib. Tədqiqat komitəsinin sözçüsü Elvira Gazizova:

«Polisin saxlanmış şəxsə qarşı hərəkətlərini nümayiş etdirən bu videogörüntülərlə əlaqədar istintaq qrupu əlavə tədqiqat aparır».

VİDEO 4 AY İSTİNTAQDA OLSA DA, SUSUB

Pavel Drozdov Kazandakı dəmiryol texniki peşə məktəbinin direktor müavini olub. Dörd uşaq atasıdır. Polis deyir ki, Drozdov barda içkili vəziyyətdə dava saldığına görə saxlanıb. Rəsmi məlumatda Drozdov-un mədəaltı vəzinin kəskin iltihabı nəticəsində öldüyü bildirilirdi. Yaxınları isə deyirdi ki, onun bədəni gömgöy imiş, biləklərində isə qandal izləri varmış.

Bu videonu «YouTube»da yerləşdirən Kazan İnsan Haqları Mərkəzi bildirir ki, 4 ay bu video istintaq qrupunda olub, ancaq onu cinayət işinə əlavə etməyiblər. Mərkəzin sözçüsü Bulat Mukhamedzhanov:

«İstintaq komitəsi deyir ki, internetdə yayılmış bu video ilə əlaqədar tədqiqat aparacaq. Bu, sadəcə riyakarlıqdır. Çünki bu görüntülər müstəntiqdə və polisdə əvvəldən də var idi. Bu, müşahidə kamerasının çəkdiyi görüntülər olub».

Bundan əvvəl isə Tatarıstanın polis şöbəsində Sergey Nazarov adlı şəxs də ölmüşdü. 52 yaşlı Nazarov mart ayında polis zorakılığına məruz qalmışdı. Bu işlə bağlı ötən ay məhkəmə olmuşdu. İki polis 2 il və 2 il yarım müddətinə azadlıqdan məhrum edilmişdi. Bu iş üzrə daha 9 polisin də məhkəməsi keçiriləcək.

«QARANQUŞ», «TİMSAH», «FİL»

Hüquq müdafiəçiləri deyirlər ki, polis Rusiyada saxlanan şəxslərdən etirafedici ifadələr almaq üçün mütəmadi olaraq işgəncələrdən istifadə edir.
Pavel Chikov
Pavel Chikov
Kazanda yerləşən «Aqora» hüquq-müdafiə təşkilatının rəhbəri Pavel Chikov:

«Tatarıstanı Rusiyanın başqa regionlarından ayıran bir şey var. Burada polisin törətdiyi işgəncələri araşdıran hüquqşünaslar var. Məhz onların sayəsində bu işlər ictimailəşdirilir. Ancaq bütövlükdə Rusiyada polis zorakılığı adi bir haldır».

Hətta Drozdov-a verilmiş işgəncə üsulunun polislər arasında xüsusi adı da var – «qaranquş». Bu üsul oynaqlarda dözülməz ağrılara səbəb olur. Biləyə qan getməsinin qarşısını alır. Hətta bir müddət sonra qolların və çiyinlərin çıxmasına səbəb ola bilər. Bundan başqa, polislər arasında «timsah» adlı işgəncə üsulu da var. Bu zaman işgəncə verilən şəxs yerə uzadılır. Həmin adamın qolları və ayaqları ayrı-ayrı istiqamətlərə dartılır. Adam bu vəziyyətdə saxlanılır. Başqa bir üsul isə «kiçik fil» adlanır. Adamı üzünə əleyhqaz keçirilmiş vəziyyətdə saxlayırlar.

Nazarov-un ölümündən sonra Tatarıstanın Daxili İşlər naziri Asgat Safarov istefa verməli olmuşdu. Ancaq bir müddət sonra o, Baş nazirin müavini təyin olunmuşdu.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG