Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:56

Polis intiharçılarla bağlı məlumat verənə 7 700 dollar mükafat vəd edir



Çinin Gansu əyalətinin polis rəsmiləri özlərini öldürməyi planlaşdıran tibetlilər haqqında əvvəlcədən məlumat verənə 7 700 dollar mükafat vəd edib.

Tibet fəalları və mühacirətdə olan Tibet hökuməti intiharların Cin hakimiyyətinə qarşı bir etiraz aksiyaları olduğunu deyirlər.

2009-cu ildən bəri Çində 50-dən artıq tibetli rejimə etiraz olaraq özünü yandırıb. Onların əksəriyyətinin həlak olduqları ehtimal edilir.

Gansu regionunda yayılan polis elanında deyilir ki, özünü öldürmə çox ciddi sosial qeyri-sabitlik yaradır. Sonuncu belə 4 intihar barədə məlumat verənlərə 30 000 dollar mükafat vəd edilir.

Çin hakimiyyəti Tibetin mühacirətdəki mənəvi lideri Dalai Lamanı bu cür intiharları həvəsləndirməkdə və separatçılıqda ittiham edirlər.
XS
SM
MD
LG