Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 22:30

Naxçıvanda ahılın 100 yaşı qeyd olundu


Arxiv foto
Arxiv foto
-

KƏND TƏSƏRRÜFATI NAZİRLİYİNDƏ MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR


Dünən Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində taxıl biçininin mütəşəkkil keçirilməsi ilə bağlı müşavirə olmuşdur. Müşavirədə nazirlik və onun strukturlarına daxil olan təşkilatların məsul işçiləri və mütəxəssislər iştirak etmişlər. Tədbirdə taxıl biçininin gedişatının vəziyyəti müzakirə edilmiş, biçinin optimal müddətə başa çatdırılmasında torpaq mülkiyyətçilərinə və sahibkarlara köməklik məqsədilə nazirliyin əməkdaşlarına və struktur bölmə rəhbərlərinə tapşırıqlar verilmişdir. Taxılçıların qarşıdakı mövsüm üçün yüksək kondisiyalı toxum sortları ilə təmin edilməsi, toxumçuluq təsərrüfatlarının məhsul tədarükü ilə əlaqədar görüləcək işlərə dair tədbirlər planına baxılmışdır. Həmçinin nazirliyin və «Araz» Elm İstehsalat Birliyinin Yardımçı təcrübə təsərrüfatının əkdiyi taxılın biçilməsi və daşınması, biçində iştirak edəcək texnikanın sazlığının yoxlanılması, toxumluq sahələrdə müşahidələrin aparılması məsələləri müzakirə edilmişdir.

AHILIN 100 YAŞI QEYD OLUNUB

Muxtar respublikamızda ahıllara göstərilən dövlət qayğısının daha bir ifadəsi bu qəbildən olan insanların yubiley yaşlarının qeyd edilməsidir. Bu tədbirlərin davamı kimi, Kəngərli rayon Qarabağlar kənd sakini, 7 övladı, 24 nəvəsi və 19 nəticəsi olan 100 yaşlı Hüseyn Əhmədovla görüş keçirilmişdir. Görüşdə Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov çıxış edərək Hüseyn Əhmədovun 100 yaşının tamam olması münasibəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri adından təbrik etmiş və yubilyara hədiyyə təqdim olunmuşdur.

...Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəfərov bu münasibətlə Hüseyn
Əhmədovu təbrik edərək ona can sağlığı arzulamışdır.

Yüz yaşlı Hüseyn Əhmədov və onun ailə üzvləri belə yüksək qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova minnətdarlıqlarını bildirmişlər.

DİGƏR MƏQALƏ BAŞLIQLARI:

- Bura bazar demək olmaz
- Milli dəyərlərə tarixi baxış
- Təhsildə yeniləşmə günün tələbidir
XS
SM
MD
LG