Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:33

Qafqaz Müsəlmanları İdarəsi Qurban Bayramı ilə bağlı fitva verdi


Arxiv foto
Arxiv foto
Müqəddəs Qurban bayramı bu il oktyabrın 25-26-na təsadüf edir. Qafqaz Müsəlmanları İdarəsi bu barədə fitva verib:

«Azərbaycanda rəsmi olaraq iki gün 25-26 oktyabr tarixləri Qurban bayramı elan edilib. 25 oktyabr bayram axşamı, 26 oktyabr isə bayram günüdür. Bayram namazı 26 oktyabrda Əjdərbəy və Təzəpir məscidlərində saat 9-da qılınacaq. Tövsiyə edərdik ki, bu müqəddəs bayram günündə kəsilən qurbanlıqları baytarlıq qayda-qanunlarına ciddi əməl olunmaqla münasib yerlərdə icra edəsiniz».

Məlumatda həmçinin qeyd olunur ki, «Şəriət qanunlarına görə qurban kəsmək əsasən Məkkədə hacılara vacibdir. Digər yerlərdə isə imkanlı adamların qurban kəsmələri Allah-Təala yanında çox bəyənilmiş əməllərdən hesab olunur, amma vacib deyildir. Qurban ətini fəqir və kasıb ailələrə paylamaq böyük savabdır.

Qurban kəsilən heyvan sağlam və kök olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa layiq və məqbul sayılmır. Qurban qoyun, keçi, öküz-inək və dəvə olmalıdır».

İdarə bir neçə adamın yığışıb qurban kəsməsini də məqbul sayır. Amma bir şərtlə ki, pay bölgüsündə halallıq olsun.

POLİS GÜCLƏNDİRİLMİŞ İŞ REJİMİNDƏ ÇALIŞACAQ

Qurban bayramı günlərində Azərbaycan polisi gücləndirilmiş iş rejimində çalışacaq.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, oktyabrın 25-dən 29-dək kütləvi mərasimlərin keçirildiyi yerlərdə təhlükəsizlik tədbirləri daha da gücləndiriləcək.

Qurban bayramı Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə rəsmi dövlət bayramı kimi 2 gün qeyd edilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG