Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 05:06

Naxçıvanın əmək qəhrəmanları


Arxiv foto
Arxiv foto
-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!


«Şərq Qapısı». 15 avqust 2012. sayı: 153 (20.558)


DÖVLƏT BAYRAĞI MEYDANI VƏ FƏXRİ XİYABANIN TİKİNTİSİNDƏ İŞLƏR SÜRƏTLƏ GEDİR

Ötən ilin mart ayından başlayaraq «Dizayn» Məhdud Məsuliyyətli Cəmiyyətinin kollektivi tərəfindən Naxçıvan şəhərinin Pişəvəri küçəsində inşa olunan Dövlət Bayrağı Meydanında işlər davam edir. Ərazidə 5024 kvadratmetr torpaq işi aparılıb, bayraq gövdəsinin ətrafında qəlib – betonlar vasitəsi ilə səkkizguşəli, bir salondan ibarət bina tikilib, 53 metrlik bayraq sütunu ucaldılıb. Binanın ətrafında isə sütunlar vasitəsilə səkkizguşəli ulduz ucaldılıb. Hazırda bina daxilində mərmər lövhələrlə üzləmə gedir, istilik sistemi quraşdırılır.

İş icraçısı Asəf Ənvərovun dediyinə görə, Bayraq Meydanının aşağı hissəsində salınan Fəxri Xiyabanın ərazisində hamarlama işləri aparılıb, terraslar yaradılıb. Hazırda terraslarda betonlama işləri görülür, yağış sularının axıdılması üçün suötürücü xətlər çəkilir. Fəxri Xiyabanın giriş qapısında isə qəlib – beton işləri başa çatdırılıb. Ərazinin suvarılması üçün inşa olunan su anbarında da işlər yekunlaşıb...

HALAL ZƏHMƏTLƏ ŞÖHRƏT ZİRVƏSİNƏ UCALAN ƏMƏK QƏHRƏMANI

...Beləcə, Həvayət xanım 2002-ci ildə izlədiyim bir verilişlə qalmışdı xatirimdə. Nəhayət, onunla görüşmək imkanı əldə etdim. Ev telefonunun nömrəsini alıb zəng vurdum.
Dəstəyi elə özü qaldırdı. Səsi o qədər gur və cavan gəlirdi ki, nə gizlədim, təəccübləndim.

...- İnstitutda təhsil alanda Sosialist Əməyi Qəhrəmanı Bahar Talıbova ilə tanış oldum. O, torpağa, vətənə bağlı bir insan idi. Onun dəyərli fikirləri mənim üçün həmişə əhəmiyyətli olub. Onda Azərbaycan qadınlarına xas olan yüksək insani keyfiyyətlər vardı. Təbiətən sadə, qayğıkeş və ləyaqətli bir insan idi. O zamandan Bahar xanım mənim idealıma çevrilib. O daim mənim qəlbimdə yaşayacaq.

Ümummilli liderimiz Heydər Əliyevin 2002-ci il 2 oktyabr tarixli Sərəncamı ilə Prezident təqaüdünə layiq görülməsini həyatının ən unudulmaz günü hesab edir. Həvayət xanım ulu öndərin «Azərbaycan» qəzetində dərc olunan sərəncamını və oradakı adını bizə həvəslə göstərir:

Ulu öndərimiz bizi unutmadı. Heç inanmazdım ki, belə yüksək mükafata layiq görülərəm. İnanın, səmimi deyirəm televiziyada adlar oxunanda keçirdiyim hissləri sözlə ifadə edə bilmədim.

Mən növbəti sualı verməyə hazırlaşanda sanki, o nə soruşacağımı hiss etmişdi....

DİGƏR MƏQALƏ BAŞLIQLARI:

- Qədim yurd yerinin fədakar insanları
- Sağlam əhali milli sərvətimizdir
- Ovçular təpəsində yeni tapıntılar aşkar olunub
XS
SM
MD
LG