Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:42

Yeni radio kanalı açılacaq


Azərbaycanda yeni radio kanalının açılması üçün müsabiqə elan ediləcək.

Trend-in məlumatına görə, Milli Televiziya və Radio Şurasının oktyabrın 18-də keçirilən iclasında «Televiziya və radio yayımı haqqında» qanunun 15-ci maddəsinə uyğun olaraq, yeni regional yayım proqramının açılması üçün Gəncə və ətraf ərazilərdə radio üzrə 93.3 MHz işçi tezliyinə oktyabrın 22-dən 1 ay müddətində müsabiqə elan ediləcək.

Müsabiqə üçün tələb olunan sənədlər Milli Televiziya və Radio Şurasının inzibati binasında qəbul ediləcək.
XS
SM
MD
LG