Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:15

«Gülər Əhmədova ilə bağlı məsələ gündəmdədir»


«Gülər Əhmədova ilə bağlı məsələ gündəmdədir. Parlamentdə bununla bağlı müzakirə açmağa ehtiyac yoxdur. Deputat özü mandatından imtina edib və bununla bağlı iş gedir».

Bunu parlamentin spikeri Oqtay Əsədov Milli Məclisin oktyabrın 16-da keçirilən iclasında deyib.

Deputat Fazil Mustafa cari məsələlərin müzakirəsində bu məsələyə toxunub. O, parlamentin buraxılması ilə bağlı İctimai Palatanın çağırışlarına münasibət bildirib.

Fazil Mustafa bu cür çağırışlarla razılaşmadığını bildirib. Deyib ki, «bir vaxtlar «Azadlıq» qəzetinin redaktoru barədə video görüntü yayılmışdı. Həmin vaxt nə qəzet öz fəaliyyətini dayandırdı, nə də AXCP. Bir deputatla bağlı olan məsələyə görə, bütün parlament məsuliyyət daşımır».

Bundan sonra Oqtay Əsədov məsləyə münasibət bildirib.
XS
SM
MD
LG