Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:23

Avropa Birliyi İrana qarşı sanksiyaları gücləndirir



Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri bazar ertəsi günü nüvə proqramını dayandırmaqdan imtina edən İrana qarşı iqtisadi sanksiyaları gücləndirmək qərarına gəliblər. Bu gün qəbul edilən qərarda İranın 34 qurumuna qarşı qadağalar və bir nəfərin Avropa ölkələrinə səfərlərinə qadağalar, həmçinin onun bank hesablarının dondurulması nəzərdə tutulur.

Bundan savayı yeni qadağalar İrandan qaz alınması, maliyyə köçürmələrinə aid edilir. Yalnız humanitar yardımlar, ərzaq və dərman satışına qadağa tətbiq edilmir.
Avropa Birliyi ölkələrindən olan şirkətlərə İrana gəmiqayırma, neft anbarları avadanlıqları, İran tankerlərinə xidmət göstərilməsi, metal və qrafitlərin satılması qadağan edilir.

Qərb İranın nüvə proqramının silah yaradılmasına yönəlməsindən narahatdır, amma Tehran proqramının yalnız dinc məqsədli olduğunu deyərək Qərbin iddialarını rədd edir. Amma İran onun nüvə obyektlərinə qərbli mütəxəssislərin baxış keçirmələrinə də razılaşmır.
XS
SM
MD
LG