Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:57

Medvedevin xanımı Türkmənistanın ali dövlət mükafatına layiq görülüb



Rusiyanın Baş naziri Dmitry Medvedevin (Dmitri medvedev) xanımı Türkmənistanın ali dövlət mükafatı olan Ruhubelent Ordeni ilə təltif olunub.

Bazar ertəsi Türkmənistanın paytaxtı Aşxabadda keçirilən təqdimetmə mərasimində prezident Gurbanguly Berdymukhammedov (Qurbanqulu Berdıməhəmmədov) bildirib ki, Svetlana Medvedeva iki ölkə arasında əlaqələrin inkişafına verdiyi töhfələrinə görə bu mükafata layiq görülür. Türkmənistan prezidenti onu xüsusilə gənclər arasında mənəvi və əxlaqi dəyərlərin möhkəmləndirilməsində rolu olan xanım kimi qiymətləndirib.

İndiyə qədər Svetlana Medvedevanın Türkmənistana hər hansı xüsusi marağı hiss edilməyib. 2009-cu ildə Rusiyanın Türkmənistandan qaz nəqlini qəfil kəsməsi ilə iki ölkə arasında əlaqlər də gərgin olaraq qalır.
XS
SM
MD
LG