Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 10:53

Bərdədə baş vermiş kütləvi davada 1 nəfər ölüb, 3 nəfər yaralanıb


-

Bu barədə Bərdə rayon Prokurorluğunun müstəntiqi Famil Axundov məlumat verib. Onun sözlərinə görə, rayonun Hüseynallar kəndində bir qrup şəxs arasında dava düşüb.

Nəticədə 35 yaşlı Ramin Sadıqov üç nəfər şəxsi, 17 yaşlı Yusif Yusiflini, 24 yaşlı Zamin Dadaşovu və 52 yaşlı Allahyar Dadaşovu bıçaqlayıb.

Nəticədə Y. Yusifli aldığı xəsarətdən vəfat edib. Hadisə zamanı bıçaqlanan A. Dadaşovun oğlu Əhməd Dadaşov isə avtomobillə Nuri Əsədovu vurub.

Yaralıların hamısı xəstəxanaya yerləşdirilib. Kütləvi davada iştirak edənlərdən biri Ramin Sadıqov saxlanılıb digərlərin kimliyi isə araşdırılır. Hadisənin baş vermə səbəbləri isə hələlik istintaqa məlum deyil.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 126.1 (qəsdən sağlamlığa ağır zərər vurma) maddələri ilə cinayət işi açılıb, istintaq gedir.
XS
SM
MD
LG