Keçid linkləri

2026, 29 Aprel, çərşənbə, Bakı vaxtı 11:33

Təyyarədə radiolokasiya stansiyaları üçün texniki elementlər olub

Moskvadan Dəməşqə uçan və Türkiyənin Ankarada məcburi endirdiyi Suriya təyyarəsinin içində Hava Hücumundan Müdafiə sistemlərinin radiolokasiya stansiyaları üçün texniki elementlər olub.

Bu haqda “Kommersant” qəzeti məlumat yayıb.

Oktyabrın 10-da Türkiyə Suriyanın Moskvadan Dəməşqə gedən A 320 tipli mülki təyyarəsini Ankarada məcburi endirmişdi. Təyyarədə axtarış aparılıb.

Axtarışdan sonra Türkiyənin xarici işlər naziri Ahmet Davudoğlu bildirib ki, “Suriyanın sərnişin təyyarəsini sərnişinlərlə birlikdə getməsinə icazə veririk. Ancaq təyyarədən götürülən əşyaların yoxlamaları davam edir”.
This item is part of
XS
SM
MD
LG