Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:18

Mətbuat icmalı: «2013 asan olmayacaq»


Arxiv foto
Arxiv foto
-

«2013 ASAN OLMAYACAQ»


«Bizim yol»a görə, bu suala cavab prezidentin öz çıxışındadır: «bp 1993-cü ildə Azərbaycanda onları qane etməyən şərtlərdən qurtulmaq üçün Elçibəy hakimiyyətinin devrilməsində əsas rollardan birini oynadı. Ona görə də trivial olaraq İlham Əliyev öz çıxışında 2013-cü ilin 1993-cü il olmayacağına işarə vurur. Azərbaycandan öhdəliklərini yerinə yetirməyi tələb edənlərə onların öz öhdəliklərini yada salır». «Bizim yol» daha sonra yazır ki, İlham Əliyev total pressinq qarşısında geri çəkilməyəcəyini anons etdi. Məqalə belə bitir: «2013 asan olmayacaq».

«Zerkalo» qəzeti isə bu günlərdə KİV-in başlıca mövzusuna – sabiq deputat Gülər Əhmədova məsələsinə toxunub: «Əxlaqsızlığın anatomiyası bizim cəmiyyətimizə xas olan adi korrupsiya sxemi sayəsində çox yaxşı açılır».

Qəzet yazır ki, Gülər Əhmədova
Gülər Əhmədova
Gülər Əhmədova
dörd dəfə ardıcıl hakim YAP-ın siyahısı ilə parlamentə düşüb, özü də kölgədə qalanlardan olmayıb. Ona hətta böyüməkdə olan nəslin tərbiyəsini də etimad ediblər. «Bəs partiyadaşları indimi ayıldılar?..»

«Azadlıq» qəzeti «Vəfa Quluzadədən seçki proqnozu» verir. Politoloq qəzetə deyib ki, Barak Obama qələbə qazanmaq üçün Rusiya və Suriya məsələsində ciddi mövqe sərgiləməlidir. Ancaq o buna elə də inanmır. Vəfa Quluzadə düşünür ki, bu seçkilərdə respublikaçı Mitt Romneyin qələbə qazanmaq şansı daha çoxdur.

«Azərbaycan» qəzeti professor Əlican Babayevin məqaləsini dərc edib: «Modernləşmə estafeti neftdən İKT sektoruna keçir». Müəllifə görə, kosmik sənayenin inkişafı, yaxınlarda iki telekommunikasiya peykinin buraxılması Azərbaycanın regionda informasiyanın ötürülməsi sahəsində lider ölkəyə çevrilməsinə səbəb olacaq.

«Yeni Azərbaycan» qəzeti isə xəbər verir: «Bakı Beynəlxalq caz festivalı-2012 başlayır». Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Mədəniyyəti Fondunun təşkilatçılığı ilə keçirilən festival 10 gün davam edəcək. Festivalda dünyanın tanınmış caz ustaları və qrupları çıxış edəcəklər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG