Keçid linkləri

2017, 17 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:05

Şamaxı-İsmayılı bölgəsindəki zəlzələ ocaqları oyada bilər


Foto arxiv
“Şamaxı-İsmayılı bölgəsində güclü təkan ətrafdakı zəlzələ ocaqlarını oyada bilər.

APA-nın məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyası Respublika
Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, son illər aparılmış araşdırmalar Şamaxı-İsmayıllı zonasının
Azərbaycanda ən aktiv seysmoloji bölgə olduğunu göstərir.

O qeyd edib ki, oktyabrın 7-də baş verən zəlzələ zəif deyildi.

Amma 40 kilometr dərinlikdə olduğuna görə, dağıntı olmadı.

Qurban Yetirmişli bu yaxınlarda Zaqatalada baş verən zəlzələnin elə təxminən bu gücdə, 5,6-5,7 bal olduğunu bildirib.

Qurban Yetirmişli bu bölgədə aktivliyin davam etdiyini qeyd edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG