Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:25

Çexiyanın keçmiş “Boz kardinal”ı həbs edilib


Arxiv foto: Avstriya istehsalı olan "Pandur II 8x8" zirehli transportyoru.
Arxiv foto: Avstriya istehsalı olan "Pandur II 8x8" zirehli transportyoru.

Çex Respublikasının keçmiş Baş naziri Mirek Topolanek-in şəxsi dostu və məsləhətçisi Marek Dalik oktyabrın 8-də paytaxt Praqada həbs edilib.

Ölkə prokurorluğu onun adının 2009-cu ildə orduya Avstriyadan Pandur zirehli transpotyor alınmasında rüşvət qalmaqalında keçdiyini bildirir. Əgər onun dövlət sifarişi ilə texnika alınmasında rüşvət götürdüyü təsdiq olunsa, keçmiş məsləhətçi 10 ilə qədər azadlıqdan məhrum edilə bilər.

Marek Dalik özü ittihamları rədd edir.

Çex mediası onu 2006-2009-cu illərdə Topolanek-in hökuməti dövründə heç bir vəzifə tutmayan, amma həmin dövrün ən nüfuzlu adamı sayılan Marek Dalik-i o dövrün “boz kardinalı” adlandırırdı.
XS
SM
MD
LG