Keçid linkləri

2026, 30 Aprel, cümə axşamı, Bakı vaxtı 11:14

Heydər Əliyev Mərkəzində 154 nəfər işləyəcək

-
Oktyabrın 8-də Prezident İlham Əliyev fərman imzalayaraq Heydər Əliyev Mərkəzinin əsasnaməsini təsdiqləyib.

Fərmanda Heydər Əliyev Mərkəzinin aparatının işçilərinin say həddi 154 ştat vahidi müəyyən edilib.

Nazirlər Kabinetinə 2013-cü il və növbəti illər üçün dövlət büdcəsinin layihəsində Heydər Əliyev Mərkəzinin fəaliyyətinin maliyyələşdirilməsi üçün ayrıca sətirlə vəsaitin nəzərdə tutulmasını təmin etmək tapşırılıb.

Heydər Əliyev Mərkəzi bu il mayın 10-da açılıb.

İyulun 10-da prezident İlham Əliyev Heydər Əliyev Mərkəzinə direktor təyin edilməsi haqqında sərəncam imzalayıb. Bu postu Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov tutub.
This item is part of
XS
SM
MD
LG