Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:25

Suriyada döyüşlər davam edir


Bu gün Suriyada hökumət qoşunları ilə üsyançılar arasında silahlı toqquşmalar davam edib.

Yerli fəalların verdiyi məlumata görə, atışmalar Dəməşq ətrafında, Hələbdə, Homs və Hama şəhərlərində gedir.

Bazar günü Dəməşqin mərkəzində yerləşən polis şöbəsində partlayış olub. Azı bir nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Suriya dövlət televiziyasının məlumatına görə, partlayıcı maşına qoyulubmuş. Hakimiyyət orqanları partlayışı terrorçuların törətdiyini bildirib.

Artıq beşinci gündür ki, Türkiyə Suriya sərhədində qarşılıqlı atışma gedir.
Oktyabrın 3-də Suriyanın Türkiyəyə endirdiyi artilleriya zərbəsi nəticəsində 5 nəfər həlak olub. Onlardan 3-ü uşaq, ikisi qadın idi.
XS
SM
MD
LG