Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:48

Azərbaycan ərazisində bir gündə dörd zəlzələ olub


-

Oktyabrın 7-də İsmayıllıda bir birinin ardınca üç zəlzələ olub.

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən məlumata görə, zəlzələ saat 17:42-də İsmayıllı şəhərindən 17 km cənubi-şərqdə zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.

Saat 17:49-da İsmayıllı şəhərindən 20 km cənubi-şərqdə qeydə alınan zəlzələ də hiss olunmayıb.

Bu yeraltı təkanlardan əvvəl – saat 16:42-də İsmayıllı şəhərindən 17 km cənubi-şərqdə baş verən zəlzələ isə Şamaxı, Pirqulu, İsmayıllı və Ağsuda 5 bal, respublikanın əksər rayonlarında (Bakı, Sumqayıt, Xırdalan və s.) 4.0-2.0 bal gücündə hiss olunub.

İnsan itkisi yoxdur.

Oktyabrın 7-də Xəzərin Azərbaycan sektorunda da zəlzələ baş verib. Saat 11:29-da Nardarandan 10 km şimalda - Xəzər dənizində zəlzələ qeydə alınan zəlzələ hiss olunmayıb.
XS
SM
MD
LG