Keçid linkləri

2026, 10 May, bazar, Bakı vaxtı 00:08

Venesuelada prezident seçkisi keçirilir

Foto arxiv
Foto arxiv
Bu gün Venesuelada prezident seçkisi keçirilir.

14 ildir ki, ölkəni idarə edən Hugo Chavez 4-cü dəfə də prezident seçilmək istəyir.

Onun əsas rəqibi isə müxalifət blokundan olan 40 yaşlı namizəd Henrique Caprilesdir.

Seçkiqabağı kampaniyalar çox gərgin keçib.

Chavez rəqibini xarici dövlətlər və narkomafiyaya arxalanmaqda, Capriles isə Chavezi korrupsiya və dövlət əmlakını mənasız yerlərə xərcləməkdə günahlandırır.

Rəy sorğuları ilkin olaraq Chavezin sansının daha çox olduğunu göstərsə də seçki ərəfəsində bu fərq azalıb.
This item is part of
XS
SM
MD
LG