Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Noyabr, bazar, Bakı vaxtı 12:25

Neft Fondu əlavə 5 ton qızıl alacağını deyir


Arxiv foto
-

Cari ilin sonunadək Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) əlavə 5 ton qızıl alacaq.
Lent.az-ın məlumatına əsasən, İkinci Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən ARDNF-nin icraçı direktoru Şahmar Mövsümov bu haqda açıqlama verib.
Onun sözlərinə görə, ARDNF artıq 10 ton qızıl alıb, ancaq imkanlar nəzərdən keçirildikdən sonra əlavə 5 ton qızılın alınması haqda da qərara qəbul olunub.
İcraçı direktor bildirib ki, alınmış qızıl gəlir gətirməsi üçün depozit şəkildə xarici banklara qoyulub.
XS
SM
MD
LG