Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:44

Populyar sevgi romanı - Bakıda nəşr edildi


-

"Qanun" nəşriyyatı populyar fransız yazıçısı Anna Qavaldanın "Sadəcə birlikdə" romanını Azərbaycan dilində nəşr etdi.

Onu «fransız ədəbiyyatının ulduzu», «Yeni Fransuaza Saqan», «zərif Uelbek», «ədəbiyyat fenomeni» və «böyük fransız sensasiyası» adlandırırlar.

Qavaldanın milyonlarla oxucunun rəğbətini qazanmış kitabları onlarca dillərə tərcümə olunur, çoxsaylı mükafatlarla seçilir, əsərləri səhnələşdirilir və ekranlaşdırılır.

«Sadəcə birlikdə» romanı məhəbbət və tənhalıq, həyat, xoşbəxtlik haqqında müdrik və dəyərli bir kitabdır.

Ən mühümü olanların sadə dildə nəql olunduğu bu son dərəcə maraqlı hekayə baş rolda Odri Totunun çəkildiyi Klod Berrinin eyniadlı filminin əsasını təşkil edib.

42 yaşlı yazar Paris yaxınlığında yaşayır, həyat yoldaşı ilə boşandığı üçün 2 övladını tək tərbiyə edir. Romanlarla yanaşı həm də "Elle" jurnalı üçün məqalələr yazır.

Rus dilindən tərcümə edəni: Ruhiyyə Məmmədova

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG