Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 11:19

BMT TŞ Suriyanın Türkiyəyə bomba atmasını müzakirə edib


BMT Təhlükəsizlik Şurasında Suriyanın Türkiyə ərazisinə bomba atılması müzakirə edib.

Təhlükəsizlik Şurasının bəyanatında bildirilir ki, baş verənlər Suriya münaqişəsinin qonşu ölkələr və bütün dünya üçün təhlükə yaratdığının sübutudur.

BMT Təhlükəsizlik Şurası Suriyanı beynəlxalq qanunvericiliyə əməl etməyə, qonşu ölkələrin ərazi bütövlüyünü təmin etməyə çağırıb.

Oktyabrın 3-də Suriya ilə sərhəddə yerləşən Türkiyənin Akçakale yaşayış məntəqəsinə Suriyadan bomba atılıb. Bomba yaşayış evinə düşüb. 5 nəfər ölüb, 10 nəfər yaralanıb.

Bundan sonra Türkiyə parlamenti Türkiyə Silahlı Qüvvələrinin ölkə xaricinə göndərilməsi ilə bağlı hökumətə 1 il müddətinə səlahiyyət verilməsini nəzərdə tutan qərar layihəsi qəbul edib.

Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan deyib ki, “Türkiyə Suriya ilə müharibə etmək istəmir. Ancaq biz öz sərhədlərimizi və vətəndaşlarımızı qoruyacağıq”.
XS
SM
MD
LG