Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:22

Türkiyə Suriyaya atəşlə cavab verdi


Türkiyə Suriyadan Akçakale yaşayış məntəqəsinə atılan bombanı cavabsız qoymayıb. Türkiyə Baş Nazirliyinin bəyanatında bildirilir ki, “silahlı qüvvələr həmin an hücuma cavab verib”.

Bəyanatda deyilir ki, radarla müəyyənləşdirilən Suriyadakı nöqtələr top atəşi ilə vurulub.
Oktyabrın 4-də, səhər saat 06. 45-də toplardan yenidən atəş açılmağa başlayıb.

Dünən Suriya ilə sərhəddə yerləşən Türkiyənin Akçakale yaşayış məntəqəsinə Suriyadan bomba atılıb. Bomba yaşayış evinə düşüb. 5 nəfər ölüb, 10 nəfər yaralanıb. Ölənlər uşaqlar və qadınlardır.

Suriya bildirib ki, hadisəni araşdırır.

ABŞ dövlət katibi Hillary Clinton Suriyadan Türkiyə sərhədinə bomba atılmasından qəzəbləndiklərini, dinc adamların həlak olmasından narahat olduqlarını bildirib.
XS
SM
MD
LG