Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:59

Bişkekdəki nümayişdə 10 adam xəsarət alıb


Bişkekdə nümayişçilərin polislə qarşıdurması nəticəsində 10 adam xəsarət alıb.

Qırğızıstanın Səhiyyə Nazirliyinin məlumatına görə, aksiyaçılardan biri və iki polis xəstəxanaya yerləşdirilib. Digər xəsarət alanlara elə hadisə yerində tibbi yardım göstərilib.

Qarşıdurma bu gün Bişkekin mərkəzində olub. Aksiyaçılar hökumətdən Kanada şirkətinin işlətdiyi “Kumtor” qızıl yatağının milliləşdirilməsini tələb ediblər. Onlar gəlirlərin xaricə getməsindən narazılıqlarını bildiriblər.

Mitinqdə 500-800 nəfər adam iştirak edib.
XS
SM
MD
LG