Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:05

ABŞ Gürcüstanı təbrik edib


Gürcüstanda keçirilmiş parlament seçkiləri ölkədə demokratiyanın inkişafı istiqamətində atılan daha bir addımdır.

ABŞ Dövlət Departamentinin sözçüsü Victoria Nuland bildirib ki, ABŞ öz məğlubiyyətini etiraf edən Gürcüstan prezidenti Mikheil Saakashvilinin və hakim partiyanın hərəkətini yüksək qiymətləndirir.

Bundan əvvəl ATƏT, Avropa Şurası, Avropa parlamenti və NATO birgə bəyanatlarında bildiriblər ki, Gürcüstan azad seçki keçirilməsi yolunda mühüm addım atıb.

Gürcüstanda keçirilən parlament seçkiləri ilə bağlı səslərin 95 faizi sayılıb. Nəticələrə görə, “Gürcü arzusu” müxalif koalisiyası səslərin 55 faizini qazanıb. Hakim “Vahid milli hərəkat” partiyasının 40 faizdən artıq səsi var.

Prezident Saakashvili seçkidə partiyasının məğlub olduğunu bildirib. Rəqibi Bedzina İvanishvili onu istefaya çağırıb.
XS
SM
MD
LG