Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:08

Ahmedinejad rialın ucuzlaşmasına görə müxalifətlə qərbi günahlandırıb


Foto arxiv
Foto arxiv
İran prezidenti Mahmud Ahmedineyad milli valyutanın xeyli ucuzlaşmasına görə, müxalifəti və Qərb ölkələrini günahlandırıb.

İlin əvvəllərindən bu yana rialın dəyəri 80 faizədək düşüb.

Ahmedinejad çərşənbə axşamı Tehranda çıxış edərkən bildirib ki, İran iqtisadi çətinliyə baxmayaraq nüvə proqramından əl çəkməyəcək.

Onun sözlərinə görə, İrana qarşı tətbiq edilmiş sanksiyalar neft ixracına az təsir göstərib və rialın ucuzlaşmasına səbəb valyuta bazaraındakı psixoloji müharibə olub.

Qərb ölkələri nüvə proqramına görə İrana qarşı bir sıra sanksiyalar tətbiq ediblər.

Qərb İranı gizlicə nüvə silahı üzərində işləməkdə günahlandırır.

Tehran ittihamı rədd edir, nüvə proqramının dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.
XS
SM
MD
LG