Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:06

Elman Abdullayev: "Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi regiona təhlükədir"


Elman Abdullayev
Elman Abdullayev
“Bu, Ermənistan xarici işlər nazirinin ilk absurd bəyanatı deyil.

Regionda stabillik və təhlükəsizlik üçün ən böyük təhdid Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsidir və nə qədər ki, bu davam edir, regionun inkişafından söhbət gedə bilməz”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman
Abdullayev Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın BMT-nin baş
Assambleyasında çıxışını şərh edərkən deyib.

O bildirib ki, Ermənistan mövcud status-kvo vəziyyətini uzatmağa çalışır və Dağlıq Qarabağ münaqişəsindən doğan təhlükə regionun hüdudlarını da aşa bilər.

Edvard Nalbandyan BMT-nin = Baş Assambleyasında çıxış edərkən azırbaycanlı zabit
Ramil Səfərovun Macarıstandan Azərbaycana verilməsi və əfv olunmasının sülh prosesinə zərbə vuracağını bildirib.
XS
SM
MD
LG