Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:24

Ziyafət Əsgərov: Azərbaycanın heç bir dövlətin torpağında gözü yoxdur


Azərbaycan Rusiyanın Ermənistanda olan hərbi bazalarının bu ölkəyə təhvil verməsindən narahatdır. Bu məsələ ilə bağlı Xarici İşlər Nazirliyinə müraciət etmişik, araşdırma gedir. Nəticə olandan sonra məsələyə münasibət bildirəcəyik.

Bunu Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov parlamentin oktyabrın 1-də keçirilən iclasında deyib.

Ermənistandakı Rusiya hərbi bazalarının 10-nun Ermənistana verilməsinə münasibət bildirən deputat Sabir Rüstəmxanlı deyib ki, bu, regionda hərbi balansı pozur.

Ziyafət Əsgərov ABŞ Konqresi üzvünün Cənubi Azərbaycanla bağlı hazırladığı layihəyə də münasibət bildirib.

Deyib ki, İran Azərbaycanın, Azərbaycan da İranın ərazi bütövlüyünü tanıyır:

«O layihənin Ağ Evə göndərilməsi, Konqresdə müzakirəyə çıxarılması Azərbaycana qarşı səmimiyyətdən irəli gəlmir. Yaxşı olar ki, həmin konqresmen ABŞ prezidentini, ATƏT-in Minsk Qrupunun həmsədrlərini Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək göstərməyə, Azərbaycanın 20 faiz torpaqlarını işğal etdiyinə görə Ermənistana təzyiq etməyə çağıraydı. Azərbaycanın heç bir dövlətin torpağında gözü yoxdur».
XS
SM
MD
LG