Keçid linkləri

2025, 23 İyun, Bazar ertəsi, Bakı vaxtı 08:01

Milli Məclisdə Ramil Səfərovla bağlı komissiya yaradılıb


Milli Məclis Azərbaycan Ordusunun zabiti Ramil Səfərovla bağlı beynəlxalq təşkilatlarda qəbul ediləcək qətnamələrə qarşı qabaqlayıcı tədbir görülməsi üçün komissiya yaradıb.

Komissiyaya spiker Oqtay Əsədovun təklifi ilə yaradılıb. Komissiyaya 6 nəfər – Rafael Cəbrayılov, Qüdrət Həsənquliyev, Fərəc Quliyev, Mübariz Qurbanlı, Rasim MusabəyovSədaqət Vəliyeva daxildir.

Oqtay Əsədov Ramil Səfərovun yerli və beynəlxalq konvensiyalara uyğun şəkildə Azərbaycana ekstradisiya olunduğunu vurğulayıb: «Erməni tərəfi bu məsələni gündəmdə saxlamaqla «status-kvo»nun qalmasını istəyirlər. Bu isə yolverilməzdir».
XS
SM
MD
LG