Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:09

Azərbaycan ərazisində isti hava bir neçə gün davam edəcək


Azərbaycan ərazisində hava şəraiti yaxın iki-üç ərzində sabit olacaq və yüksək təzyiq altında formalaşacaq. Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva bildirib. Onun sözlərinə görə, orta troposferdən, Aralıq dənizi rayonlarından nisbətən isti hava cərəyanları Cənubi Qafqaza doğru hərəkətdədir:

«Buna görə də, oktyabr ayının normal göstəricilərindən bir qədər yüksək olan temperatur rejimi müşahidə olunmaqdadır. Məsələn, paytaxtda havanın temperaturu həmişəkindən 3 dərəcəyədək yüksəkdir, lakin bu rekord göstərici deyil. Yaxın iki gün ərzində Bakıda havanın temperaturunun 28-32 dərəcə intervalında dəyişməsi gözlənilir».

U. Tağıyeva bildirib ki, yaxın iki gün ərzində Bakı və Abşeron yarımadasında dəyişkən buludlu, yağmursuz hava şəraiti müşahidə olunacaq: «Güclü külək gözlənilmir, dəyişkən istiqamətli, əsasən mülayim külək əsəcək».

Aran rayonlarında havanın temperaturu 29-34, dağlıq ərazilərdə 22-27 dərəcə təşkil edəcək. Əksər rayonlarda hava yağmursuz keçəcək, gecə və səhər saatlarında bəzi ərazilərdə duman olacağı, ayrı-ayrı dağlıq və dağətəyi rayonlarda qısamüddətli, az yağış yağacağı gözlənilir.
XS
SM
MD
LG