Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:33

Somalinin Kismayo şəhərində xaos yaranıb


Somali yaraqlıları liman şəhəri olan Kismayodan çıxdıqdan sonra şəhərdə xaos yaranıb.
Naməlum silahlı adamlar 3 sakini qətlə yetiriblər.

“Camaat aş Şabab” qrupu öz birləşmələrinin şəhərdən çıxarıldığını bəyan edib.

Bu şəhər yaraqlıların sonuncu dayaq məntəqələrindən biri, əsas təhcizat mərkəzi hesab olunurdu.

Qrupun nümayəndəsi bunun taktiki gediş olduğunu deyir.

Afriqa Birliyinin Somalidəki ordusu bu ərəfədə Kismayoya hücuma keçib.

Yaraqlılar paytaxt Moqadişo və bir neçə şəhərdən də çıxmalı olublar.
XS
SM
MD
LG