Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:22

Rusiyada "Vətən" partiyası bərpa olunub


Rusiyada “Vətən” adlı yeni partiyanın təsis qurultayı keçirilib.

Partiya 2004-2005-ci illərdə fəaliyyət göstərmiş eyni adlı partiyanın davamçısı hesab edir.

Qurultaydan əvvəl partiyanın proqramı yayılıb.

Partiyanın sədri və Dövlət Dumasının deputatı Aleksey Juravlev deyib ki, söhbət 2006-cı ildə “Ədalətli Rusiya” partiyası ilə birləşmiş “Vətən” partiyasının siyasi səhnəyə qayıtmasından gedir.

Dövlət Dumasının IV çağırışında bu partiya 37 deputatla təmsil olunurdu.

Amma sonradan parçalanmaya görə partiya müstəqil fəaliyyət göstərə bilmədi.

Əvvəlki “Vətən” partiyasının yaradıcılarından biri indiki baş nazir müavini Dimitri Raqozin olub.

O bugünkü qurultayda iştirak etməyib.
XS
SM
MD
LG