Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:58

Fransanın mübahisəli dövlət büdcəsi qəbul edilib



Fransada 30 milyard avroluq büdcə kəsirini aradan qaldırmaq üçün vergilər kəskin artırılır. Bunu nəzərdə tutan 2013-cü ilin dövlət büdcəsi haqqında qanunu sentyabrın 28-də Fransa parlamenti qəbul edib.

Hökumət büdcə kəsirini əsasən varlı təbəqənin artırılan vergiləri, eyni zamanda da hökumət xərclərinin azaldılması hesabına endiriləcəyini deyir. Ölkənin Baş naziri Jean-Marc Ayrault bildirib ki, vergi ödəyənlərin cəmi 10 faizinin vergiləri qaldırır.

Tənqidçilər isə bildirirlər ki, varlılara verginin bu cür kəskin artırılması belə adamların bizneslərini Fransadan çıxarmaları ilə nəticələnə bilər.
XS
SM
MD
LG