İranlı diplomat Nyu-Yorkda etirazçıların əhatəsinə düşüb, polisdən yardım istəyib
İranın Xarici İşlər nazirinin sözçüsünün müavini sentyabrın 25-də Nyu-Yorkda BMT-nin binası yaxınlığında İrana qarşı etiraz aksiyası keçirən bir qrupun arasına düşüb. Ciddi hədələr qarşısında olan iranlı diplomat onu müşayiət edən polisdən yardım istəyib və polisin köməyi ilə kütlənin içərisindən çıxarılıb. Hadisə İranın prezidenti Mahmud Ahmadinejadın (Mahmud Əhmədinejad) BMT Baş Assambleyasında çıxışından dərhal sonra baş verib. Aksiya da BMT-nin binası qarşısında İran prezidenti əleyhinə keçirilirdi. AP agentliyinin videosu.
Arxiv
-
Avqust 10, 2026Üçtərəfli müdafiə paktı: Yaxın Şərqdə İranın əl-qolu bağlanır?
-
Avqust 10, 2026Rusiyadan Ermənistana qaçan Sergey: 'Mən rus fərarisiyəm'
-
Avqust 05, 2026Gürcüstan ali təhsili pulsuz etdi
-
İyul 31, 2026İranda Azərbaycan dili: 'Pezeşkian bir iş görə bilməz'