Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:20

Suriya qaçqınlarının sayı 700 minə çata bilər


İlin sonunadək Suriya qaçqınlarının sayı 700 min nəfərə çata bilər.

Bunu cümə axşamı BMT-nin qaçqınlar üzrə idarəsinin ali komisarı deyib.

O hazırda İordaniya, İtaq, Livan və Türkiyədə 300 minədək qaçqın olduğunu bildirib.

BMT-nin baş katibi Ban Ki Moon isə xəbərdarlıq edib ki, əgər həll yolu tapılmasa Suriya böhranı böyük regional münaqişəyə çevrilə bilər.

Ərəb Dövlətləri Liqasının rəhbəri Nabil Al Arabi isə təhlükəsizlik şurasının 5 daimi üzvü arasında ümumi razılığa gəlmək üçün BMT-ni Suriya münaqişəsinə yanaşmanı dəyişməyə çağırıb.

Rusiya ilə Çin indiyədək təhlükəsizlik şurasında Suriya ilə bağlı 3 qətnamə layihəsinə veto qoyublar.
XS
SM
MD
LG