Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:57

Balaxanı neftçiləri yenidən etiraz aksiyası keçirir - [VİDEO]


Balaxanıda neftçilərin maaş tələbilə daha bir etiraz aksiyası olub
Gözlə

No media source currently available

0:00 0:04:34 0:00

Balaxanıda neftçilərin maaş tələbilə daha bir etiraz aksiyası olub

Sentyabrın 26-sı səhər saatlarında Balaxanı Neft-Qaz Çıxarma İdarəsinin (NQÇİ) yüzdən çox işçisi etiraz aksiyası keçirib.

Aksiya iştirakçıları iş şəraitinin ağırlığından, yeni rəhbərliyin işçilərə münasibətindən şikayətləniblər. Onlar əmək haqlarının 2 dəfə artırılmasını da tələb ediblər:

Balaxanı NQÇİ-nin maliyyə meneceri Seyfəddin Qeybullayev aksiyaçılara bildirib ki, onların tələbləri araşdırılacaq.

Hadisə yerinə gələn 30-a yaxın polis əməkdaşı neftçilərin dağılışmasını xahiş edib. Aksiyaçılar tələbləri yerinə yetirilmədiyi təqdirdə fasiləsiz tətillərə başlayacaqlarını bildiriblər.

Onlar 5 gün öncə də eyni tələblərlə etiraz aksiyası keçirmişdilər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG