Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:17

"Dünya fatehi Teymur" kitabı Bakıda çap edildi


-

"Qanun" nəşriyyatı ingilis tarixçisi, jurnalisti Justin Marozzi-nin "Dünya fatehi Teymur" kitabını çap edib.

İngiliscə "Tamerlane: Sword of Islam, Conqueror of the World" adıyla çap edilmiş bu əsər dünyada monqol hökmdarının ən mötəbər bioqrafiyalarından sayılır.

Tamerlan – Dəmir Teymur, müasirləri onu belə adlandırırdılar. Dünyanı fəth edən böyük fatehlərin sonuncusu.

Orta əsrlərin əfsanəvi sərkərdəsi, rəvayətə görə, doğulanda ov­­cunda qurumuş qan olub.

Nəhəng imperiyanın yaradıcısı. Məğlubedilməz sərkərdə və hərbi strategiyanın nadir bilicisi.

O, qəddar və amansız idi, lakin məhz onun hökmranlığı döv­ründə Mərkəzi Asiyada elm və incəsənət çiçəklənməyə başl­an­dı.

Teymur necə adam idi? – Birmənalı qəbul edilməyən, mü­rək­kəb təbiətli, adı əbədi olaraq tarixdə qalacaq Böyük Şəxsiy­yət.

Bu suala alim və jurnalist Justin Marozzi öz kitabında cavab verməyə çalışacaq.

Rus dilindən tərcümə: Zakir Abbas.

Kitab "Görkəmli insanların həyatı" seriyasında çap edilib. Seriya 100 kitabdan ibarət olacaq.

Bundan əvvəl seriyanın ilk kitabı - Çingiz xan haqda kitab nəşr edilib.
XS
SM
MD
LG