Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 08:44

"Qanun" nəşriyyatı yeni seriyadan 100 kitab buraxacaq


-

"Qanun" nəşriyyatı “Görkəmli adamların həyatı” seriyasını nəşrinə başladı.

Seriyada 100 kitab nəşr olunacaq. Bu seriyada nəşr olunan ilk kitab Con Menin yazdığı "Çingiz xan" əsəridir.

“Çingiz xan”ı tarixi roman janrında yeni cığır, hətta novatorluq adlandırmaq olar. Yazıçı özündən əvvəl bu janrda möhtəşəm əsərlər yaradan sələf-həmkarlarından fərqli olaraq uzun-uzadı təsvirlərə, dialoqlara yer verməyib, əsasən arxiv materialları ilə işləyib, romanda sözü gedən coğrafi məkanlara baş çəkib, tarixi yerləri şəxsən görüb.

Bundan başqa, Con Men 850 il əvvəl baş vermiş əhvalat­la­rın epik təsvirindənsə, tarixi hadisə və proseslərin təhlilinə üs­tünlük verib. Bu zaman o, öz üzərinə bitərəf araşdırmaçılıq vəzifəsi götürüb və bu işin öhdəsindən uğurla gəlib.

Romanı oxuyanda Çingiz xanın şəxsiyyətinə müəyyən rəğ­bət elementləri sezmək də mümkündür. Ancaq yazıçı böyük fa­tehin dövründə bilavasitə onun əmri ilə törədilmiş qır­ğın­lardan, hətta müasir dövrdə genosid siyasətindən, bəşəriyyətə qarşı cinayət sayıla biləcək hadisələrdən də bəhs edib. Sadəcə, bu za­man o, həmin hadisələrə tarix kontekstindən yanaşıb.

Qədim və müasir monqolların Çingiz xanın şəxsiyyətinə pə­rəstiş etmələrinin səbəbi əsərdə məntiqli bir şəkildə açılıb.

Müəllif 15 yaşlı bir əsir uşağın xoş təsadüf və öz fərasəti nə­ti­­cəsində əsirlikdən qurtularaq necə dünya fatehinə çevrilmə­sini, Koreya yarımadasından tutmuş Macarıstana qədər nəhəng bir ərazidə qurduğu imperiyaya rəhbərlik etməsini bütün müsbət və mənfi cəhətləri ilə birlikdə təsvir edib.

Rus dilindən tərcümə edən: Xalid Kazımlı.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG