Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:29

Obama müsəlman dünyasındakı etirazlara etiraz edəcək


ABŞ prezidenti Barack Obama 1 aya yaxındır ki, müsəlman dünyasında Amerikaya qarşı yönələn etirazlarla bağlı müraciət edəcək. Etirazlar internetdə yayılmış Amerikada çəkilən və Məhəmməd peyğəmbəri təhqir edən filmlə bağlıdır.

Ağ Evdən bildiriblər ki, BMT Baş Assambleyasında çıxışında Obama son iki həftədəki etirazların Amerikaya qarşı təhdid olmaqdan çıxıb, Amerikanı yaradan dəyərlərə qarşı təhdid olduğunu bildirəcək. Obama müraciətində İranın nüvə silahı əldə etməkdən çəkindirməyə də çalışacaq və diplomatik həll yolu üçün vaxtın məhdud olduğunu bildirəcək.

BMT-nin illik Baş Assambleyası bu gün başlanacaq. Yığıncaqda ABŞ prezidenti Barak Obama və Fransa prezidenti Francois Hollande çıxış edəcək.

Baş Assambleya ərəfəsində İran prezidenti Mahmud Ahmadinejad BMT Təhliükəsizlik Şurasını İsrailin "nüvə başlıqlarını" müdafiə etməkdə təqsirləndirib.


Mahmud Ahmadinejad onu da deyib ki, İran İsrailin istənilən hücumunun qarşısını almağa qadirdir. Əlavə edib ki, Yəhudi dövləti Yaxın Şərqdə "kök atmayıb" və "ləğv ediləcək".

BMT-nin baş katibi Ban Ki-moon Ahmadinejadla sentyabrın 24-də Nyu-Yorkda görüşən zaman onu belə qızışdırıcı nitqin təhlükələri barədə xəbərdarlıq edib.
XS
SM
MD
LG