Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:22

Azərbaycan mediasının qərəzsizliyi ətrafında mübahisələr


Oliver Money-Kyrle
Oliver Money-Kyrle
-
«Mən istərdim ki, bu konfransda siz Azərbaycanda jurnalistlərin təhlükəsizliyi barədə məsələ qaldırasınız. Bu ciddi məsələdir. Jurnalist İdrak Abbasov peşə borcunu yerinə yetirərkən mülki yaraqlıların təcavüzünə məruz qalıb. Xədicə İsmayılova tənqidi jurnalistika ilə məşğul olduğu üçün ona qarşı təxribat edilib. Bu vaxtadək istintaq orqanları hələ bu işin üstünü açmayıblar».

REKLAMDAKI BALANS

Bunu Beynəlxalq Jurnalistlər Federasiyası baş katibinin müavini Oliver Money-Kyrle sentyabrın 25-də Bakıda keçirilən beynəlxalq konfransında çıxışı zamanı deyib. O, hesab edir ki, bütün bu sadaladıqları Azərbaycanda jurnalistlərin təhlükəsizlik şəraitində işləməsi ilə bağlı problemin olduğunu göstərir. Və Beynəlxalq Jurnalistlər Federasiyası bundan narahatdır:

«Azərbaycanda qəzetlərə verilən reklam arasında balans pozulur. İqtidar mətbuatına çoxlu sayda reklam verildiyi halda, müxalifət mətbuatına və tənqidi jurnalistikaya reklam verilmir. Bütün bunlar hamısı çox ciddi problemlərdir».

Oliver Money-Kyrlen'in fikrincə, Azərbaycan jurnalistləri milli maraqları peşə fəaliyyətindən qabağa keçirirlər. Bu da qəbulolunmazdır. Jurnalistikanın funksiyası ictimai müzakirələrə səbəb olan mövzuları işıqlandırmaqdır.

Sentyabrın 25-də Bakıda «Azərbaycanda media mühiti: mövcud durum və yeni çağırışlar» adlı beynəlxalq konfrans öz işinə başlayıb. Tədbir «Etik Jurnalistika Təşəbbüsləri –
Bəhruz Quliyev
Bəhruz Quliyev
Azərbaycan» layihəsi çərçivəsində Avropa Birliyinin Azərbaycan nümayəndəliyinin dəstəyi ilə təşkil edilib.

NÜFUZA GÖRƏ REKLAM

İqtidaryönlü «Səs» qəzetinin baş redaktoru Bəhruz Quliyev avropalı həmkarının dedikləri ilə razılaşmır. O hesab edir ki, Oliver Money-Kyrle məsələyə qərəzli yanaşır. Baş redaktorun fikrincə, Azərbaycanda qəzetlər reklamı iqtidar və ya müxalifət mətbuatı olduqlarına görə yox, nüfuzlarına görə əldə edə bilirlər.

«Kaspi» qəzetinin baş redaktoru Natiq Məmmədli isə Oliver Money-Kyrley’ə alternativ düşüncəsinə görə təşəkkür etsə də, onun söylədiklərinin dost fikri olmadığını və Azərbaycan jurnalistikasının inkişafına təkan vermədiyini bildirib. Natiq Məmmədli deyir ki, Azərbaycan jurnalistləri aksiyalarda tərəf kimi çıxış edirlər. Ölkədə jurnalist və müxalifətçi arasında sərhəd demək olar ki, yoxdur. Ona görə də, baş verən zorakılığın predmetinin jurnalist və ya siyasətçi olduğunu müəyyənləşdirmək çox çətindir:

«Xahiş edirəm ki, sizə hesabatlar göndərən mənbələrin də Azərbaycanda tərəf olduğunu nəzərə alasınız. Obyektiv mənbə informasiyanı tərəfsiz və qərəzsiz çatdırmalıdır. Azərbaycan haqqında rəy formalaşdırılarkən bu informasiyalar
Natiq Məmmədli
Natiq Məmmədli
müxtəlif mənbələrin informasiyaları ilə müqayisə olunmalıdır. Azərbaycanda tərəf olan şəxslərin informasiyasını əsas götürərək bizə qarşı opponentlik etmək, düşünürəm ki, səmimi alternativ fikir deyil».

XOCALI FACİƏSİ, YOXSA...

Natiq Məmmədli deyir ki, Azərbaycan media təmsilçiləri beynəlxalq jurnalistika standartlarını qəbul edir. Amma Azərbaycan müharibə şəraitində olduğu üçün onlar milli maraqlara qarşı gedərək jurnalistika prinsiplərini üstün tuta bilməzlər:

«Biz vətən və milli maraqlar məsələsinə bitərəf qala bilmərik. Çünki biz bu ölkənin vətəndaşlarıyıq və peşə borcu ilə yanaşı, bu missiyanı da yerinə yetiririk. Biz Xocalı soyqırımını beynəlxalq standartlara uyğun olaraq «Xocalı faciəsi» adlandıra bilmərik».

JURNALİSTLƏRƏ QARŞI CİNAYƏTLƏRİN 10 FAİZİ
Ələsgər Məmmədli
Ələsgər Məmmədli

Media Hüquqları üzrə ekspert Ələsgər Məmmədli deyir ki, Azərbaycan mətbuatının problemləri olmasa, belə konfranslar keçirilməzdi. Önəmli olan bu problemlərə düzgün diaqnoz qoyub onları aradan qaldırmaqdır. Onun fikrincə, hesabatlara düşüb-düşməməsindən asılı olmayaraq, Azərbaycanda informasiya əldə etmək problemi var. Bütün hesabatlarda Azərbaycanda informasiya əldə etməkdə orta göstərici 40 faizdir. Yəni, hələ ki, rəsmi qurumlardan istənilən hər 10 məlumatdan 4-ünü almaq mümkün olur:

«Rəsmi olaraq təzyiqlərə məruz qaldığı söylənən jurnalist basqılarının məhkəmə qaydasında açılma faktı 95-96 faiz deyil. Halbuki, cinayətlərin açılması faizi rəsmi rəqəmlərə görə 96 faizdir. Yəni, jurnalistlərə qarşı bu rəqəm heç 10 faizə çatmır. Bu baxımdan, təbii ki, düşünüləcək, nədən jurnalistə qarşı basqının üstü açılmadı?».

Qəzetlərin reklam əldə edə bilməməsinə gəlincə, Ələsgər Məmmədli hesab edir ki, buna səbəb Azərbaycanda monopoliyanın mövcudluğudur. Faktiki olaraq bazar münasibətləri sərbəst rəqabətə söykənmədiyi üçün bu vəziyyət yaranıb.
XS
SM
MD
LG