Keçid linkləri

2025, 20 May, çərşənbə axşamı, Bakı vaxtı 13:14

Münhendəki "Oktoberfest" pivə festivalında 6 milyon turist gözlənilir


Arxiv foto: Münhendə pivə festivalı.
Arxiv foto: Münhendə pivə festivalı.
Şənbə günü Almaniyanın Münhen şəhərində məşhur pivə festivalı – Oktoberfest başlayıb. Festival tam 16 gün davam edəcək.

Bu il 179-cusu keçirilən festivalda iştirak etmək üçün, qısacası pivə içmək üçün 2 həftədən bir az çox vaxt ərzində 6 milyona yaxın turistin Münhenə gəlməsi gözlənilir.

Ötən il festival zamanı 8 milyon parç (1 litrlik qab) pivə içilib, yarım milyon cücə, 120 öküz yeyilmişdi. Bu il bir litrlik pivənin qiyməti 9.50 avrodur.
XS
SM
MD
LG