Keçid linkləri

2025, 21 May, çərşənbə, Bakı vaxtı 19:17

Vəkillər Nigar Yaqublunun həbsinin siyasi motivli olduğuna inanır


-
Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini Nigar Yaqublunun işi üzrə istintaq qanun pozuntuları ilə aparılır, onun həbsi isə siyasi xarakter daşıyır.

Bunu sentyabrın 24-də keçirdikləri mətbuat konfransında onun vəkilləri bildirib.

Vəkil Nemət Kərimli həbsin əsassız olduğunu bildirib. Deyib ki, Nigar Yaqublu istintaqdan yayınmayıb.

Vəkil Adil İsmayılov isə Nigar Yaqublunun həbsi üçün real dəlillərin olmadığını bildirib:

«Söhbət ittihamın mahiyyətindən deyil, qətimkan tədbirinin əsassızlığından gedir».

Adil İsmayılov Baş prokurorun birinci müavini Rüstəm Usubovun istintaq yekunlaşmadan N.Yaqublunun təqsirli olduğunu bildirməklə təqsirsizlik prezumpsiyasını pozduğunu deyib.

Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin rəhbəri Arzu Abdullayeva isə N.Yaqubluya qarşı qərəzli münasibət olduğu bildirib:

«Belə işlərdə məhkəmə başa çatmadan həbs qərarı qəbul edilmir, xüsusən də qadınlar haqqında».

Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini N.Yaqublu sentyabrın 11-də saxlanılıb. Abşeron rayon Məhkəməsi onun haqqında iki aylıq həbs-qətimkan tədbiri seçib. Sentyabrın 17-də Sumqayıt Apelyasiya Məhkəməsi birinci instansiyanın qərarını qüvvədə saxlayıb.

Onun həbsi müsavatçı Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasının istintaqı ilə bağlıdır. Qəza avqustun 25-də baş verib.
XS
SM
MD
LG