Keçid linkləri

2026, 11 Mart, çərşənbə, Bakı vaxtı 22:41

Qazaxıstanın baş naziri istefa verib

Karim Masimov
Karim Masimov
Qazaxıstanı uzun müddət baş nazir postunda təmsil etmiş Karim Masimov istefa verib.

Bu barədə məlumatı sentyabrın 24-də ölkə prezidentinin mətbuat xidməti yayıb.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Masimovun istefasını qəbul edib. O da bildirlir ki, Nazarbayev kabinetin istefasını qəbul edib.

Nazarbayev göstəriş verib ki, parlament yeni hökuməti formalaşdırana qədər nazirlər öz işlərinə davam etsinlər.

Masimov 2007-ci ildən indiyə kimi baş nazir olub.

İnterfax bildirir ki, Nazarbayev baş nazirin müavini Serik Akhmetovu baş nazir postuna gətirməyi planlaşdırır.
XS
SM
MD
LG